|
30 may 2012, 16:05
İlham Əliyev Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışda iştirak etmişdir
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışı olmuşdur. Prezident İlham Əliyev açılışda iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamo Abdullayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı mərkəzin inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident sinif otağında yaradılmış şəraitlə tanış oldu. Burada fövqəladə hallar zamanı vəziyyətin idarə olunması ilə bağlı təlimatlar verilir, əyani vəsaitlərdən istifadə qaydaları öyrədilir. Sonra dövlətimizin başçısına nazirliyin “112” qaynar telefon xətti ilə bağlı məlumat verildi. Burada quraşdırılmış ən müasir avadanlıq fövqəladə hallar zamanı vaxtında məlumatın alınmasını təmin edir. Məlumat verildi ki, səkkizmərtəbəli binanın ümumi sahəsi 7592,2 kvadratmetrdir. Burada 103-ü xidməti, 56-sı isə yardımçı olmaqla 159 otaq vardır. Binada Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin idarəetmə zalı yaradılmışdır. Bu mərkəzin istifadəyə verilməsi fövqəladə halların qarşısının alınmasında daha səmərəli nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. Zal muxtar respublika ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlarla birlikdə baş vermiş hadisənin təhlil edilməsi və həlli üzrə qərarların qəbulu üçün nəzərdə tutulmuşdur. İdarəetmə zalı hadisə yerini birbaşa izləmək üçün monitorla təchiz edilmişdir. Burada videokonfrans əlaqəsi qurmaq üçün cihazlar, baş verən hadisəni böyük monitorda izləmək üçün 15 fərdi monitor, mikrofon səs sistemi və 16 rabitə cihazı, elektron kürsü quraşdırılmışdır. Qeyd olundu ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat zalı 24 saat fasiləsiz fəaliyyət göstərir. Zalda mövcud kamera sistemi ilə hadisə yeri müəyyən olunaraq izlənilir. Əməliyyat zalında elektron xəritədə muxtar respublikanın bütün infrastrukturu haqqında məlumat bazası yerləşdirilmişdir. Binada mülki müdafiə kursları üçün sinif otaqları yaradılmışdır. Otaqlar xarici ölkələrdə istehsal olunan radiasiya-axtarış, ölçü, dozimetrik nəzarət və kimya kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə təchiz edilmişdir. Daha sonra Prezident İlham Əliyev nazirliyin həyətində nümayiş etdirilən texnikaya baxdı. Yeni inzibati mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.