|
30 may 2012, 16:35
İlham Əliyev Culfada Uşaq Musiqi Məktəbinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Culfa şəhərində Uşaq Musiqi Məktəbinin açılışında iştirak etmişdir. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, son illərdə Azərbaycan mədəniyyəti dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün paytaxt Bakı da daxil olmaqla, regionlarda müşahidə olunan inkişaf gənc nəslin də mənəvi tərəqqisinə geniş imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər reallaşdırılır. Culfada istifadəyə verilən Uşaq Musiqi Məktəbi də məhz bu məqsədə xidmət edir. Bildirildi ki, 2010-2011-ci tədris ilində məktəbin 6 şagirdi ali və orta ixtisas musiqi məktəblərinə qəbul olunmuşdur. Onlardan ikisi hazırda Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində, dördü isə Naxçıvan Musiqi Kollecində təhsil alır. Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, yeni inşa olunan dördmərtəbəli musiqi məktəbində 52 sinif otağı və 8 yardımçı otaq vardır. Məktəbin kitabxana fondu da zəngindir. Burada 1600 tədris vəsaiti və musiqi ədəbiyyatı toplanmışdır. Musiqi məktəbində 285 şagirdin təhsili ilə 64 müəllim məşğul olur. Məktəbdə üç şöbə - xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Burada doqquz ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçilir. Müasir inventar və avadanlıqla təchiz edilmiş məktəbdə 20 pianino və bir royal vardır. Prezident İlham Əliyev məktəb şagirdlərinin ifasını dinlədi. Dövlət başçısı Uşaq Musiqi Məktəbinə fortepiano hədiyyə etdi. Məktəbin şagirdləri və müəllimləri Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkdirdilər. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.