|
30 may 2012, 18:00
Vəfa Hüseynovadan, Füzuli, Azərbaycan
Möhtərəm cənab Prezident! Əvvəla salamlarımı bildirmək istəyirəm. Bu məktubu hansı hisslərlə yazdığımı bir Allah bilir. Hal-hazırda Bakıda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir. Bu qədər mükəmməl təşkilatçılıq, Azərbaycan mədəniyyətinin bu qədər gözəl, yerində təsviri məni riqqətə gətirir. Sevincimin həddi-hüdudu yoxdur. İmkanım olsaydı elə indi qaça-qaça Bakıya gəlib Sizi bağrıma basardım və qışqıraraq Heydər Əliyev cənablarının – Ulu öndərimizin – “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözlərini bütün dünyaya çatdırardım. “Natiq” ritm qrupunun Qobustan qayalıqlarından götürülmüş daşın üzərində ritmlər ifa etməsi, eyni zamanda zurnanın, tarın, kamançanın səsləndirilməsi bir azərbaycanlı kimi məni dillə təsəvvür edilə bilməyəcək qədər fərəhləndirdi. Sevindim ki, dünyanın ən qədim yaşayış məskənlərindən, mədəniyyət abidələrindən birinin – Qobustan qayalıqlarının Azərbaycanda olduğunu bütün dünya gördü. Hörmətli cənab Prezident! Bu səviyyəyə qalxmağımız, “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi Sizin gərgin əməyinizin nəticəsidir. Sizə dərin təşəkkürlərimi bildirirəm.
Çox sağ olun. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.