Gerb

26 iyul 2010, 17:11

Möhtərəm cənab Prezident!

Mən, milli mətbuatın 135 illiyi münasibəti ilə media sahəsində uzunmüddətli və səmərəli fəaliyyətimlə əlaqədar “Tərəqqi” medalı ilə təltif olunmuşam. Jurnalistika sahəsindəki fəaliyyətimdə yeni bir dövrün başlanması anlamına gələn bu təltif mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Böyük etimadınızın məsuliyyətini dərk edir, ulu öndər Heydər Əliyev siyasi irsinin və Sizin şərəfli missiyanızın daha fəal təbliğini aparmağı özümə vətəndaşlıq borcu sayıram.

Bundan sonra qalan ömrümü dünyada lider ölkələrdən birinə çevrilən Azərbaycanımızın uğurlarının tərənnümünə və Azərbaycan həqiqətlərini dünyada tanıtdırmağa həsr edəcəyəm. Ölkədə söz, məlumat və ifadə azadlığına yaradılan geniş imkanlar hər bir mətbu orqanda və qələm sahibində ruh yüksəkliyini artırır, yaradıcılıq axtarışlarına mənəvi stimul verir.

Əməyimə verilən yüksək qiymətə görə, minnətdarlığımı bildirirəm. Sizə, ailənizə, nəvələrinizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Sadıqova Rəfiqə Yusif qızı
“Gəncənin səsi” şəhər qəzetinin baş redaktor müavini

Gəncə, 1-ci mikrorayon, ev 4, mənzil 18.