Gerb

27 iyul 2010, 18:19

Hörmətli cənab Prezident,

Mən xaricdə tez-tez oluram. Xarici ölkələrdəki abadlıq məni hər zaman cəlb edib. Dünən şəhərimizin mərkəzində gəzintiyə çıxmışdım və onun yenidənqurmadan sonrakı gözəlliyini gördüm. Bu, məndə çox gözəl hisslər və emosiyalar oyatdı. Sizə öz dərin minnətdarlığımı bildirmək istərdim. Həqiqətən, Sizin sayənizdə ölkədə ciddi dəyişikliklər olub. Sizə bir daha çox təşəkkür edirəm.

Hörmətlə,

Rəsulova Arzu Sabir qızı,

Azərbaycan, Bakı.