|
11 iyun 2012, 19:05
Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Rusiya xalqını dövlət bayramı – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi işində, demokratik dəyişikliklərin həyata keçirilməsində sanballı uğurlar qazanmış dost Rusiya bu gün genişmiqyaslı islahatlar və cəmiyyət həyatının bütün cəhətlərinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə ölkənin mövqelərinin gücləndirilməsi yolu ilə irəliləyir. Azərbaycan ilə Rusiyanı tarixən yaranmış, indi keyfiyyətcə yeni xarakter kəsb etmiş dostluq və mehriban qonşuluq münasibətləri sıx bağlayır. Əminəm ki, bizim ikitərəfli münasibətlər, çoxplanlı qarşılıqlı fəaliyyətimiz və strateji tərəfdaşlığımız xalqlarımızın rifahı, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin mənafeyi naminə bundan sonra da möhkəmlənəcək və intensiv inkişaf edəcəkdir. Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.