|
27 iyul 2010, 18:31
Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları
Azərbaycan Respublikası Prezidentinin I. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir və kadastr fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.
II. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib 2.1. daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.1. daşınmaz əmlakın vahid dövlət kadastrının Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməsi; 2.1.2. daşınmaz əmlakın vahid dövlət kadastrının vahid sistem üzrə aparılması; 2.1.3. daşınmaz əmlakın vahid dövlət kadastrının məlumatlarının tam və obyektiv olması; 2.1.4. qanunla əldə edilməsi məhdudlaşdırılan məlumatlar istisna olmaqla kadastr məlumatlarının açıq olması; 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. III. Daşınmaz əmlakın vahid dövlət kadastrının strukturu
3.1. Daşınmaz əmlakın vahid dövlət kadastrının strukturu kadastr planından, kadastr qovluğundan və məlumatların uçotu sistemindən ibarətdir.
IV. Daşınmaz əmlak obyektlərinin vahid 4.1. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması aşağıdakı mərhələlər üzrə həyata keçirilir: 4.1.1. daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizənin verilməsi və ilkin araşdırma işlərinin aparılması; 4.1.2. vahid dövlət kadastr uçotu işlərinin həyata keçirilməsi; 4.1.3. daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması. V. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizənin verilməsi və ilkin araşdırma işlərinin aparılması 5.1. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizə hüquq sahibi və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş etibarnamə əsasında onu təmsil edən şəxs tərəfindən verilir. 5.1.1. ərizədə ərizəçinin adı, soyadı, atasının adı və ünvanı, hüquqi şəxsin isə tam adı və ünvanı göstərilir; 5.1.2. ərizəyə hüquq sahibinin şəxsiyyətini (hüquqi şəxs olduqda dövlət qeydiyyatını) təsdiq edən sənədin surəti və daşınmaz əmlak obyekti üzərində hüququn əldə edilməsini (mövcudluğunu) təsdiq edən sənədin əsli əlavə olunur; 5.1.3. ərizə iki nüsxədə verilir. Ərizənin bir nüsxəsi onun qəbul edilməsi qeydi ilə ona müvafiq hüququ verən sənədlərin əsli ilə birlikdə ərizəçiyə qaytarılır; 5.1.4. ərizə qəbul edildikdən sonra 5 gün müddətində daxil olmuş sənədlərdə göstərilən məlumatın daşınmaz əmlakın vahid dövlət kadastrında saxlanılan məlumata uyğunluğunu müəyyən etmək məqsədi ilə ilkin araşdırma aparılır. Uyğunluğu müəyyənləşdirmək üçün kifayət qədər məlumat olmadıqda və ya ərizədə göstərilən məlumatın düzgünlüyünü müəyyən etmək mümkün olmadıqda obyektə onun olduğu yer üzrə baxış keçirilir; 5.1.5. ilkin araşdırmanın nəticələrindən asılı olaraq daşınmaz əmlak obyektinin vahid dövlət kadastr uçotuna alınması ilə bağlı müvafiq işlər həyata keçirilir; 5.1.6. daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınması və bununla bağlı müvafiq kadastr işləri müqavilə əsasında aparılır; 5.1.7. kadastr işlərinə görə xidmət haqlarının tarifləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. VI. Vahid dövlət kadastr uçotu işlərinin həyata keçirilməsi 6.1. Vahid dövlət kadastr uçotu işləri aşağıdakı məqsədlər üçün həyata keçirilir: 6.1.1. daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotunun təmin edilməsi;
6.1.2. daşınmaz əmlak obyektinin hüquq obyekti kimi müəyyən edilməsi və ya obyektin sərhədlərinin və tərkibinin dəqiqləşdirilməsi. 6.2.1. torpaq sahələrinin və onların üzərindəki daşınmaz əmlak obyektlərinin sərhədlərinin müəyyənləşdirilməsi; 6.2.2. daşınmaz əmlak obyektlərinin eyniləşdirilməsi (fərdiləşdirilməsi);
6.2.3. daşınmaz əmlak obyektinə dair inventarlaşdırma və texniki sənədlərin tərtibi. 6.4. Daşınmaz əmlakın inventarlaşdırılması dövlət sifarişi əsasında aparıldıqda kadastr işləri dövlət büdcəsi, hüquq sahibinin ərizəsi əsasında aparıldıqda isə ərizəçinin hesabına həyata keçirilir. VII. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması 7.1. Daşınmaz əmlakın vahid dövlət kadastrında daşınmaz əmlak obyektlərinin aşağıdakı fərdi göstəriciləri (xüsusiyyətləri) əks etdirilir: 7.1.1. daşınmaz əmlakın növü (adı); 7.1.2. daşınmaz əmlakın yerləşdiyi yer və ünvanı (qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ünvan verildikdə); 7.1.3. binanın, ayrıca tərkib hissəsi olan yaşayış və qeyri-yaşayış sahələri istisna olmaqla, sərhədinin döngə nöqtələrinin koordinatları. 7.2. Daşınmaz əmlakın vahid dövlət kadastrında daşınmaz əmlak obyektlərinin aşağıdakı kəmiyyət və keyfiyyət göstəriciləri uçota alınır: 7.2.1. torpaq sahələrinə münasibətdə – dövlət torpaq kadastrında qeydiyyata alınmış torpağın kateqoriyası, sahəsi, təyinatı (istifadə növü), həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak obyektləri haqqında məlumat; 7.2.2. binaya münasibətdə – binanın təyinatı (qeyri-yaşayış binası, çoxmənzilli yaşayış binası, fərdi yaşayış və ya bağ evi, qarışıq təyinatlı), mərtəbələrinin sayı və binanın ümumi sahəsi, tikildiyi il, binada sahələrin, otaqların yerləşməsi (mərtəbə planı), çöl divarlarının və mərtəbələrarası örtüklərin materialı; 7.2.3. qurğuya münasibətdə – qurğunun növü və təyinatı, tikildiyi il; 7.2.4. binanın tərkib hissəsi olan ayrıca yaşayış və ya qeyri-yaşayış sahəsinə münasibətdə – binadakı yeri və sahəsi, otaqların sayı və otaqlar arasında arakəsmələrin (divarların) materialı; 7.2.5. tikintisi başa çatmamış obyektlərə münasibətdə – obyektin növü və təyinatı, tikintisinə və ya quraşdırılmasına icazə verildiyi tarix;
7.2.6. əmlak kompleksinə və müəssisələrə münasibətdə – əmlakın növü və təyinatı, fəaliyyət istiqamətləri. 7.3.1. əvvəl verilmiş dövlət uçotu nömrəsi, o cümlədən kadastr, inventar nömrəsi, həmin nömrəni verən orqanın adı və onun verilmə tarixi; 7.3.2. daşınmaz əmlak obyekti digər daşınmaz əmlak obyektinin bölünməsi, payın naturada ayrılması və ya barəsində qanunvericiliyə uyğun olaraq digər əməliyyatlar (hərəkətlər) nəticəsində yarandıqda digər (əvvəlki) daşınmaz əmlak obyektinin kadastr nömrəsi; 7.3.3. torpaq sahəsinin hüdudlarında yerləşən binalar, qurğular, əmlak kompleksləri, fərdi yaşayış və bağ evləri, tikintisi başa çatmamış obyektlərin kadastr nömrəsi (kadastr uçotu obyekti torpaq sahəsi olduqda); 7.3.4. hüdudlarında yaşayış otağı yerləşən mənzilin kadastr nömrəsi (kadastr uçotu obyekti yaşayış otağı olduqda); 7.3.5. daşınmaz əmlak obyekti üzərində əşya hüquqları və bu hüquqların sahibləri barədə daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş həcmdə məlumat; 7.3.6. daşınmaz əmlak obyekti üzərində əşya hüquqlarının məhdudlaşdırılması (yüklülüyü) və xeyrinə belə məhdudlaşdırma (yüklülük) müəyyən edilən şəxslər barədə daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş həcmdə məlumat; 7.3.7. daşınmaz əmlak obyektinin əşya hüquqlarının məhdudlaşdırılması (yüklülüyü) şamil edilən hissəsi barədə məlumat (belə məhdudlaşdırma (yüklülük) daşınmaz əmlak obyektinə bütövlükdə şamil edilmədikdə); 7.3.8. torpaq sahəsinin hüdudlarında yerləşən su obyektləri (sututarlar), meşələr və daşınmaz əmlak hesab olunan çoxillik əkmələr haqqında məlumat (kadastr uçotu obyekti torpaq sahəsi olduqda); 7.3.9. daşınmaz əmlak obyektinə münasibətdə kadastr işlərini yerinə yetirən icraçı haqqında məlumatlar; 7.3.10. daşınmaz əmlak obyektinin istismara verildiyi və (və ya) onun tikintisinin başa çatdığı il (bina və ya qurğu);
7.3.11. daşınmaz əmlak obyektinin məhv olması haqqında məlumat (obyekt məhv olduqda). 7.4.1. vahid dövlət kadastr uçotu dövlət orqanının qərarı əsasında aparıldıqda; 7.4.2. vahid dövlət kadastr uçotuna alınmış daşınmaz əmlakın göstəriciləri (xüsusiyyətləri) dəyişdikdə; 7.4.3. Daşınmaz əmlak obyektlərinin formalaşdırılması prosesində hüquq sahibləri tərəfindən müvafiq sifariş verildikdə. VIII. Daşınmaz əmlak obyektlərinin formalaşdırılması
8.1. Bu Qaydaların məqsədləri üçün daşınmaz əmlak obyektlərinin formalaşdırılması dedikdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış obyektin bir hissəsinin ayrılması, bölünməsi, birləşdirilməsi ilə bağlı aparılan kompleks kadastr işlərinin məcmusu nəzərdə tutulur. 8.2.1. daşınmaz əmlak obyektinin formalaşdırılmasına dair ərizənin (sifarişin) verilməsi; 8.2.2. daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsinə dair kameral və çöl tədqiqat işlərinin aparılması; 8.2.3. daşınmaz əmlak obyektinin formalaşdırılması layihəsinin hazırlanması; 8.2.4. formalaşdırılan obyekt üçün kadastr planının tərtibi; 8.2.5. kadastr planından çıxarışın hazırlanması; 8.2.6. daşınmaz əmlakın dövlət reyestrində yeni formalaşdırılan obyektin qeydiyyatı.
IX. Daşınmaz əmlak obyektinin formalaşdırılmasına
9.1. Daşınmaz əmlak obyektinin formalaşdırılmasına dair ərizə (sifariş) iki nüsxədə təqdim olunur. Ərizədə (sifarişdə) ilkin daşınmaz əmlak obyektinin kadastr nömrəsi və hüquq sahibi haqqında məlumatlar göstərilir. 9.2.1. daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
9.2.2. daşınmaz əmlak obyektinə (obyektlərinə) dair daşınmaz əmlakın vahid dövlət kadastrından çıxarış (çıxarışın olmadığı hallarda bu sənəd daşınmaz əmlakın vahid dövlət kadastrını aparan orqan tərəfindən tərtib edilir). X. Daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsinə dair kameral və çöl tədqiqat işlərinin aparılması
10.1. Ərizənin qəbulundan sonra daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsi məqsədi ilə tədqiqat aparılır. Tədqiqatın nəticəsinə əsasən obyektin formalaşdırılması ilə bağlı ərizə icraya qəbul edilir. XI. Daşınmaz əmlak obyektinin formalaşdırılması ilə bağlı kadastr işlərinin aparılması
11.1. Daşınmaz əmlak obyektinin formalaşdırılması ilə bağlı işlər qüvvədə olan normalara və qaydalara uyğun aparılır. Layihələndirmə prosesində formalaşan obyektin xüsusiyyətləri nəzərə alınır. 11.3. Formalaşdırılmış daşınmaz əmlak obyektinin kadastr planının işlənməsi və daşınmaz əmlak obyektinin formalaşdırılması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 11.3.1. torpaq sahəsinin formalaşdırılmasına dair layihə yerdə sərhədlərin müəyyən edilməsi yolu ilə naturaya köçürülür; 11.3.2. sərhədlərin müəyyənləşdirilməsindən sonra formalaşdırılmış daşınmaz əmlak obyektinin kadastr planı hazırlanır.
11.4. Tikililərin, mənzillərin, qapalı yerlərin formalaşdırılması zamanı daşınmaz əmlak obyektinin kadastr planı şəhərsalma və arxitektura normaları nəzərə alınmaqla tərtib edilir. 11.6.1. daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsinə dair tədqiqat materialları; 11.6.2. daşınmaz əmlak obyektlərinin yerdə eyniləşdirilməsinə dair tədqiqat aktı; 11.6.3. daşınmaz əmlak obyektlərinin formalaşdırılması zamanı zərurət yarandıqda maraqlı şəxslərin obyektlərin formalaşdırılmasına dair yazılı razılıqları; 11.6.4. daşınmaz əmlakın obyektlərinin kadastr planı. XII. Formalaşdırılan obyekt üçün kadastr planının tərtibi
12.1. Kadastr planının tərtibinə dair hazırlıq işləri mərhələsində kadastr işlərinin aparılması planlaşdırılan ərazilərdəki daşınmaz əmlak obyektləri barədə məlumatlar toplanır, bu obyektlərin hüquqi statusunu təsbit edən sənədlər araşdırılır, topoqrafik plan üzərində mövcud materiallar əsasında inzibati-ərazi vahidlərinin və yaşayış məntəqələrinin, tikililərin sərhədləri müəyyənləşdirilir. 12.5.1. inzibati-ərazi vahidlərinin sərhədləri; 12.5.2. yaşayış məntəqələrinin cizgilərinin sərhədləri; 12.5.3. kadastr bölgülərinin sərhədləri; 12.5.4. torpaq sahələrinin sərhədləri; 12.5.5. mövcud tikililərin qrafik təsviri; 12.5.6. əlaqə yolları və digər xətti obyektlər; 12.5.7. hidroqrafik elementlər; 12.5.8. binaların poçt nömrələri, toponimikası;
12.5.9. torpaq sahələrinin kadastr nömrələri.
XIII. Daşınmaz əmlakın vahid dövlət kadastrına daxil
13.1. Daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir. XIV. Digər dövlət kadastrlarında (reyestrlərində) saxlanılan məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsi
14.1. Daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatlar daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilir. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.