21 iyun 2012, 16:20

İsa İsayevdən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Fəaliyyətimə yüksək qiymət verərək məni Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, həmin adı şərəflə daşımaq və doğma Azərbaycanda səhiyyənin tərəqqisinə layiqincə qulluq etmək mənim üçün böyük şərəfli işdir və bu istiqamətdə ömrümün sonuna qədər çalışacağam.

Zati-aliləri!

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasət, hazırda Sizin tərəfinizdən Azərbaycan Respublikasının sosial-iqtisadi həyatının bütün istiqamətlərində, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdirilir.

Sizin 2006-cı il 2 avqust tarixli “Onkoloji yardım haqqında” Fərmanınız Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən uğurla həyata keçirilir. Biz Sizin dəstəyinizi, qayğınızı hər gün hiss edir və buna görə Sizə dərin minnətdarıq.

Ulu Tanrı Sizi qorusun!

Dərin hörmətlə,

Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri,
tibb elmləri doktoru, professor İsayev İsa Hüseyn oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Q/şərq küçəsi ev 333, mənzil 43.