|
27 iyun 2012, 13:55
İlham Əliyev Portuqaliyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Portasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Portuqaliyanın xarici işlər naziri Paulo Portasın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev qonağın ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına və bu səfərin əməkdaşlığımızın əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yaxşı imkan yaradacağına əminliyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlığı inkişaf etdirmək, güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensialın olduğunu vurğuladı. Xarici işlər naziri Paulo Portas Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Portuqaliyanın xarici işlər naziri ölkələrimizin BMT Təhlükəsizlik Şurasında əməkdaşlığının önəmini qeyd etdi. O, yaxın gələcəkdə Portuqaliyanın Azərbaycanda səfirliyinin açılacağını bildirdi. Paulo Portas ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlət başçısı Prezident Anibal Kavaku Silvanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya dövlətinin başçısına çatdırmağı xahiş etdi. ![]() 27 iyun 2012, 18:50
Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.