Gerb

29 iyun 2012, 18:40
12956

Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizə gələn Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi Prezident İlham Əliyev ilə görüşmüşdür.

Görüşdə Birləşmiş Ərəb Əmirlikləri və Fuceyra Əmirliyi ilə Azərbaycan arasında inkişaf edən əlaqələrin məmnunluq doğurduğu bildirildi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstəyin əhəmiyyəti vurğulandı. Qarşılıqlı səfərlərin mövcud əlaqələri daha da genişləndirəcəyinə əminlik ifadə edildi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR