|
30 iyun 2012, 17:00
İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə görüşmüşdür
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə görüşmüşdür. Azərbaycan Prezidenti İlham Əliyv Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı. Sonra Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında təkbətək görüş oldu. Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana ilk səfərindən ötən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu vurğuladı və bu inkişafın onda böyük təəssürat yaratdığını dedi. Azərbaycan ilə Macarıstan arasında əlaqələrin, o cümlədən siyasi sahədə fəal əməkdaşlığın sürətli və uğurlu inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı iqtisadi sahədə daha çox inkişafa nail olunacağına ümid etdiyini bildirdi. Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən Prezident İlham Əliyev energetika sektoru ilə bağlı əməkdaşlığımızın genişləndiyini vurğuladı. Bakıda keçirilən Krans Montana Forumunun beynəlxalq əhəmiyyətinə toxunan dövlətimizin başçısı Macarıstanın Baş naziri Viktor Orbanın Forumda iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından da əhəmiyyətli olacağına əminliyini bildirdi. Sonra görüş geniş tərkibdə davam etdirildi. Dövlətimizin başçısı Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın önəmini vurğuladı. Macarıstanı Azərbaycan üçün əhəmiyyətli tərəfdaş və dost ölkə hesab etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Macarıstan ilə ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə güclü əlaqələrin mövcud olduğunu dedi və bildirdi ki, iqtisadiyyat, energetika, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlığımızın genişləndirilməsi üçün isə yaxşı perspektivlər vardır. Bakıda keçirilən Krans Montana Forumunun önəmini qeyd edən Macarıstanın Baş naziri Viktor Orban forumda iştirakından məmnunluğunu ifadə etdi. Baş nazir ölkəsinin Azərbaycan ilə istər ikitərəfli, istərsə çoxtərəfli formatda əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirdi. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Macarıstanın Baş naziri Viktor Orbanın şərəfinə nahar verildi. Sonda xatirə şəkli çəkdirildi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.