|
02 iyul 2012, 17:00
İlham Əliyev Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı xanım Aleksandra Moreno Piraquivenin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin güclü tərəfdaşlıq əlaqələrinə çevrildiyini məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi sahədə əməkdaşlığın inkişafı işinə kömək edəcəyinə ümidvar olduğunu bildirdi. İkitərəfli münasibətlərin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gələcəkdə də davam etdirəcəyinə əminliyini ifadə etdi. Kolumbiya Parlamentinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı ilə bağlı qəbul etdiyi qərarın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı qəbul olunan qərara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı tutduğu ədalətli mövqeyə görə Kolumbiya dövlətinə və xalqına, Kolumbiya parlamentinə və şəxsən xanım Aleksandra Moreno Piraquiveyə minnətdarlığını bildirdi. Kolumbiya Senatının komitə sədri xanım Aleksandra Moreno Piraquive Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, ölkəsinin Azərbaycanda baş verən inkişaf proseslərini yaxından izlədiyini dedi. Kolumbiyalı qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu dedi. Kolumbiyanın iqtisadi inkişafı, investisiya imkanlarından danışan xanım Aleksandra Moreno Piraquive ölkələrimiz arasında mövcud dostluq əlaqələrini siyasi, iqtisadi, mədəni və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd etdi. Azərbaycan xalqının böyük tarixə, zəngin mədəniyyətə malik olan Kolumbiya xalqına dost münasibət bəslədiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri iqtisadi və mədəni əməkdaşlıq sahələrində daha da möhkəmləndirməyin zəruriliyini qeyd etdi. Kolumbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə xanım Aleksandra Moreno Piraquivenin Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldüyünü dedi və mükafatı qonağa təqdim etdi. Xanım Aleksandra Moreno Piraquive Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirdi. ![]() 02 iyul 2012, 17:05
İlham Əliyev Bolqarıstan Konstitusiya Məhkəməsinin sədrini qəbul etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.