İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur

17 may 2010, 13:40
İlham Əliyevin və  Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişafından məmnunluq ifadə olundu. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.