|
05 iyul 2012, 10:50
Azərbaycan və Avropa İttifaqı Şurası prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini tərəfdaşlığımızın və dostluğumuzun əhəmiyyətli göstəricisi kimi qiymətləndirdi. Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısı bu səfərin Avropa İttifaqı Şurası prezidentinin ölkəmizi daha yaxından tanıması üçün yaxşı imkan yaradacağını dedi. Azərbaycan ilə Avropa institutları, eləcə də ölkəmizin əsas enerji tərəfdaşlarından olan Avropa İttifaqı arasında əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini bildirdi. Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı münasibətlərin olduğunu deyən Herman Van Rompuy iqtisadi və enerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu bildirdi. Avropa İttifaqı Şurasının prezidenti bu səfərin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi baxımından yeni imkanlar açacağını vurğuladı. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.