Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Enrike Penya Nietoya
Text size
05 iyul 2012, 16:00
Hörmətli Enrike Penya Nieto,
Meksika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Meksika dövlətlərarası münasibətləri, dostluq əlaqələrimiz və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 5 iyul 2012-ci il.