Gerb

31 iyul 2010, 18:04

Hörmətli cənab Prezident,

Milli bayramınız – Respublika günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 iyul 2010-cu il.