|
17 iyul 2012, 20:30
Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Heydər Əliyev” Beynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında və Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 612, 2007, № 9, maddə 867, № 10, maddə 996; 2008, № 8, maddə 717, № 9, maddə 797; 2009, № 2, maddə 78, № 7, maddə 580, № 12, maddə 1043, 2010, № 5, maddə 443) 2012-ci il sentyabrın 1-dən ləğv edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təklifləri əsasında iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydalarını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham Əliyev Bakı şəhəri, 17 iyul 2012-ci il. AXTAR:
XƏBƏRLƏR:
22 may 2013, 17:40
İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur
22 may 2013, 15:15
İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul etmişdir
22 may 2013, 15:00
İlham Əliyev Uruqvay Parlamenti Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
21 may 2013, 16:10
İlham Əliyev Türkiyənin milli təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
21 may 2013, 16:00
İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul etmişdir
21 may 2013, 15:30
İlham Əliyev İspaniyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.