|
28 iyul 2012, 04:40
İlham Əliyev Londonda XXX Olimpiya oyunlarının təntənəli açılış mərasimində iştirak etmişdir
Böyük Britaniyanın 90 min tamaşaçı yeri olan Olimpiya stadionunda XXX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. London Olimpiya Oyunlarına artıq üçüncü dəfə ev sahibliyi edir. Burada əvvəlki oyunlar 1908-ci və 1948-ci illərdə keçirilmişdir. Bu il Olimpiya oyunlarında 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılacaqdır. Olimpiya çempionu adı qazanmaq üçün 205 ölkədən 10 mindən çox idmançı yarışacaqdır. Olimpiadanın açılış mərasiminin əsas şousu “Möcüzələr adası” adlandırılmışdır. Qırx iki milyon dollardan çox məbləğə başa gələn möhtəşəm şou süni yağış və dünyada ən böyük – 23 tonluq zəngin sədaları ilə müşayiət olunmuşdur. Oskar mükafatı laureatı, Britaniya kinorejissoru Denni Boylun təqdimatında meydanda aqrar Britaniyanın həyatından idilliya səhnələrini Birləşmiş Krallığın tarixinə səyahət səhnələri əvəz etmişdir. “Tarixi parad” zamanı stadionda 1948-ci ildə Karib hövzəsindən ilk böyük mühacirət dalğası dövrünə, Britaniya qadınlarının öz hüquqları uğrunda mübarizəsinə, Krallıq zəhmətkeşlərinin 1936-cı ildə yoxsulluq və işsizliyə qarşı etirazlarına həsr olunmuş epizodlar yer almışdır.
Şou bitəndən sonra iştirakçı ölkələrin paradını Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın yığma komandası açdı. Xatırladaq ki, Azərbaycan komandasının 53 üzvü idmanın 16 növündə yarışacaqdır. Velosiped, avarçəkmə, qadınlar arasında boks, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə çıxış edəcəklər. Sonra mərasimdə Olimpiada-2012-nin Təşkilat komitəsinin sədri lord Sebastyan Kou, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe çıxış etdilər. Böyük Britaniyanın kraliçası II Elizabet XXX Yay Olimpiya Oyunlarını açıq elan etdi. İdmançıların, hakimlərin və məşqçilərin dilindən olimpiya andı səsləndi. Mərasimin “Nəsli ruhlandıraraq” devizi ilə keçən ən unudulmaz anı Olimpiya məşəlinin alovlandırılması olmuşdur. Dörd saat davam edən və rəngarəng atəşfəşanlıqla başa çatan Olimpiadanın açılış mərasimini dünyanın bütün qitələrində televiziya ilə 4 milyard adam izləmişdir. Azərbaycanın idman azarkeşləri də bu möhtəşəm bayrama tamaşa etmək imkanı qazanmışlar. İctimai Televiziya və “İdman Azərbaycan” kanalı təntənəli açılış mərasimini birbaşa yayımlamışdır. 27 iyul 2012, 18:00
Peru Respublikasının Prezidenti Zati-aliləri cənab Olyanta Umala Tassoya
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.