|
30 iyul 2012, 01:00
İlham Əliyev London Olimpiadasında ölkəmizə ilk medal qazandıran ağır atletimizin yarışına baxmışdır
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan ilk medalını qazanmışdır. Ağır atletika üzrə yarışda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Valentin Xristov 286 xalla bürünc medala sahib olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışa baxmışlar. Valentin Xristov birdənqaldırmada 120 kiloqram, təkanlaqaldırmada isə 150 kiloqram qaldırmaq istədiyini bildirmişdir. İdmançımızın ilk cəhdi uğurlu olmuşdur. O, 120 kiloqram çəkini 123 kiloqram çəkiyə dəyişmiş və birdənqaldırmada bunun öhdəsindən asanlıqla gəlmişdir. Rəqiblərinin çıxışına uyğun olaraq, Valentin Xristov ikinci cəhdində 127 kiloqram çəki sifariş vermiş və bunun da öhdəsindən məharətlə gəlmişdir. Nəhayət, üçüncü cəhddə atletimiz 130 kiloqram sifariş versə də, buna nail ola bilməmiş və 127 kiloqram çəki ilə kifayətlənməli olmuşdur. Nəticədə idmançımız birdənqaldırmada dördüncü yeri tutmuşdur. Təkanlaqaldırmada idmançımız rəqiblərinin çıxışına uyğun olaraq 154 kiloqram sifariş etmiş və ağırlığı uğurla başı üzərinə qaldırmışdır. İkinci cəhddə o, 158 kiloqram sifariş etsə də bunun öhdəsindən gələ bilməmişdir. Amma üçüncü cəhddə Valentin Xristov 159 kiloqram çəki sifariş etmiş və bu dəfə ağırlığı qaldıra bilmişdir. Beləliklə, ümumi nəticədə 286 xal toplayan Valentin Xristov üçüncü pillədə qərarlaşmış və Azərbaycan millisinə London Olimpiadasında ilk medalını qazandırmışdır. Dövlət başçısı ağır atletimizi və yığmamızın məşqçilər korpusunu qələbə münasibətilə təbrik etmişdir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.