|
31 iyul 2012, 12:20
İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir
Prezident İlham Əliyev Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlət başçısına məlumat verildi ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaqdır. Burada geniş abadlıq-quruculuq işləri görüləcəkdir. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaqdır. Mərkəzin birinci mərtəbəsində kafe, diskoteka, tir və kino zalları fəaliyyət göstərəcəkdir. Burada, həmçinin inzibati otaqlar da yaradılacaqdır. Binanın ikinci mərtəbəsində isə kompyuter və oxu zalları, yaradıcılıq studiyaları üçün otaqlar yerləşəcəkdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da inşa ediləcəkdir. Diqqətə çatdırıldı ki, bu gün gənclərimizin intellektual və yaradıcı potensialının üzə çıxarılması və ümummilli məsələlərə yönəldilməsi, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü iş aparılır. Respublikamızın bölgələrində, o cümlədən Lənkəranda yaradılacaq Gənclər Mərkəzi də bu xoşməramlı məqsədə xidmət edəcəkdir. Prezident İlham Əliyev Gənclər Mərkəzinin təməlini qoydu. Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Prezidentinə Lənkəran şəhərində yeni inşa edilən yaşayış kompleksi barədə də məlumat verildi. Bildirildi ki, kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Burada 133 mənzil vardır. Onlardan beşi bir otaqlı, beşi iki otaqlı, 49-u üç otaqlı, 29-u dörd otaqlı, 45-i isə beş otaqlıdır. Yaşayış sahəsi 20 min 941 kvadratmetr olan kompleks üçün ümumilikdə 2,39 hektar sahə ayrılmışdır. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.