|
31 iyul 2012, 12:50
İlham Əliyev Lənkəranda Bayraq Meydanı ilə tanış olmuşdur
Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Dövlət başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Lənkəranda yaradılan Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd olundu ki, Bayraq Meydanının inşasına bu ilin mayında başlanılmışdır. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Təbii mərmərlə üzlənmiş iki metr hündürlüyündəki postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunmuşdur. Burada, həmçinin Azərbaycanın dövlət bayrağı, himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılmışdır. Bundan başqa, burada Azərbaycan Prezidenti İlham Əliyevin dövlət bayrağına ehtiramını əks etdirən ayrıca guşə də fəaliyyət göstərir. Bildirildi ki, Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır. Sonra Azərbaycan Prezidenti Lənkəran şəhərinin inkişafına dair yeni layihələrlə bağlı stendlərə baxdı. Dövlət başçısı Bayraq Meydanında görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.