|
31 iyul 2012, 15:40
İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olmuşdur
Prezident İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırmışdır. Prezident İlham Əliyevə bildirildi ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunmuşdur. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulmuşdur. Kompleks Gənclər Parkı, Bayraq Meydanı, restoran və tikinti işləri davam etdirilən üçmərtəbəli, 30 yerlik oteldən ibarətdir. Burada mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün 200 nəfərlik restoran da inşa edilmişdir. Parkda gənclər və rayon sakinləri üstüörtülü 22 istirahət guşəsindən istifadə edə biləcəklər. Burada möhtəşəm şəlalə və fəvvarə kompleksləri qurulmuşdur. Gənclər Parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmışdır. Gənclər burada bilyard, tennis, şahmat, dama və digər oyunlar oynaya biləcəklər. Bildirildi ki, yaşıllaşdırma işləri aparılarkən əvvəldən mövcud olan həmişəyaşıl bitkilər saxlanmış, minədək yeni dekorativ ağaclar və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur. Sonra dövlətimizin başçısı Bayraq Meydanı ilə tanış oldu. Diqqətə çatdırıldı ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Prezident İlham Əliyev Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.