|
01 avqust 2012, 15:00
Mətanət Vahid qızından, Gəncə, Azərbaycan
Hörmətli və əziz Prezident! Sizin məqsədyönlü siyasətiniz nəticəsində respublikamızın bütün bölgələrində abadlıq və yenidənqurma işləri çox uğurla həyata keçirilir. Bu da ümumilikdə əhalinin razılığı ilə qarşılanır. Şərqin ən qədim şəhərlərindən olan Gəncə özünün fərəhli, sevincli günlərini yaşayır. Bu gün Gəncəmizin küçələri genişləndirilir, səkilər bərpa edilir. Yaşayış binalarının fasadları, dam örtükləri müasir tələblərə uyğun olaraq yenilənir. Köhnə binalar müasir memarlığın tələblərinə uyğun olaraq bərpa edilir. Biz sakinlərin qürur ünvanı olan Cavad xan küçəsi, “Cümə məscidi”, Cavad xan türbəsi, “Çökək hamam” kimi tarixi əhəmiyyətli abidələrdə də təmir–bərpa işləri aparılır. Bu gün Gəncənin üzü gülür. Haraya qədəm basırsan, haraya baxırsan ürəyin açılır. Parklar, meydançalar, istirahət guşələri sanki gül-çiçək yağışına qərq olub. Mən də bir Azərbaycan vətəndaşı, qızı kimi Gəncənin bu gününü, cəlalını gördükcə sevincdən ürəyim köksümə sığmır. Hörmətli Prezident! Bu sevinc hisslərinə Sizin sayənizdə nail olduq. Mən Mətanət Vahid qızı, bütün gəncəlilər adından Sizə uzun ömür, cansağlığı diləyir və deyirəm: “Nə yaxşı ki, Siz varsınız, əziz Prezidentimiz!”.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.