|
02 avqust 2012, 17:10
İlham Əliyev Bakının Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimindən sonra Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin və uşaq bağçalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulmuşdur. Dövlət başçısına 268 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, bağçanın binası 1989-cu ildə inşa olunub, Azərbaycan Prezidentinin tapşırığı ilə 2012-ci ildə əsaslı şəkildə yenidən qurulub. Bağçada 240 nəfərdən ibarət 12 qrup fəaliyyət göstərir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra körpələr evi-uşaq bağçasında hər cür şərait yaradılıb. Uşaqların yataq otaqları, əyləncə yerləri, mətbəx və digər sahələr ən müasir standartlar səviyyəsində yenidən qurulub. Körpələr evi-uşaq bağçası ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.