|
06 avqust 2012, 15:30
Asəf İsgəndərov və başqalarından, Lənkəran, Azərbaycan
Möhtərəm cənab Prezident! Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran hal-hazırda çox fərəhli anlarını yaşayır. Bu fərəh və sevincin bir səbəbi Sizin şəhərimizə növbəti səfərinizdirsə, digəri Lənkəranın sosial-iqtisadi inkişafının sürətləndirilməsi və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərin başa çatdırılması məqsədilə 5 milyon manat vəsaitin ayrılması barədə verdiyiniz Sərəncamdır. Cənab Prezident! Bu Sərəncam bizi hədsiz sevindirmiş, hər bir lənkəranlının qəlbini iftixar hissi ilə doldurmuşdur. Bundan əvvəl rayonumuzun çətin təbii şəraitə malik dağlıq ərazisini əhatə edən və onlarla kəndin sakinləri üçün həyat yolu olan Vilvan-Türkəncil yolunun yenidən çəkilməsi ilə bağlı verdiyiniz Sərəncamın sevincini yaşadığımız bir vaxtda Lənkəran şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni bir Sərəncam imzalamağınız bir daha sübut etdi ki, vətənimizin hər bir guşəsi kimi Lənkəran da, burada yaşayan zəhmətsevər insanlar da Sizə doğmadır. Zati-Aliləri! Zəngin tarixi, əsrarəngiz təbiəti və dəyərli şəxsiyyətləri ilə tanınan Lənkəran ölkəmizin bugünkü sosial-iqtisadi və mədəni inkişafına uyğun şəkildə gözəlləşir. Sizin xeyir-duanızla Lənkəranda genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Şəhərimizin siması tamamilə dəyişmiş, o daha da gözəlləşmişdir. Bu bizi çox sevindirir və ölkəmizin ulu öndərimizin qayğı və diqqəti ilə keçirdiyi qızıl dövrün xoş xatirələrini bir daha canlandırır. Cənab Prezident! Hələ keçən əsrin 70-80-cı illərində Lənkəran ümummilli liderimiz Heydər Əliyevin ardıcıl diqqəti ilə sürətlə inkişaf edərək özünün ən şöhrətli dövrünə yetişmiş və Azərbaycanın cənub bölgəsinin iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Lənkəranlılar bu şərəfli tarixi heç vaxt unutmurlar. Sevinirik ki, məhz Sizin qayğınızla Lənkəran yenidən özünün qızıl dövrünə qayıdaraq cənub bölgəsinin həm iqtisadi, həm mədəni, həm də turizm mərkəzinə, beynəlxalq əhəmiyyətli bir şəhərə çevrilmişdir. Bütün bunlar Sizin yorulmaz fəaliyyətiniz sayəsində əldə olunmuş və xalqımızın ruhunu canlandıran, onu xoşbəxt sabahlara səsləyən parlaq nailiyyətlərdir. Əziz Prezident, göstərdiyiniz bütün diqqət və qayğılara görə Sizə dərin minnətdarlığımızı bildirir, Sizi əmin edirik ki, ulu öndərimizin Vətənimiz və xalqımız üçün qəlbində bəslədiyi arzuların gerçəkləşməsi naminə apardığınız möhtəşəm işlərinizdə həmişə Sizinlə olacaq, Sizinlə birlikdə vətənimiz Azərbaycana xidmət edəcəyik. Çox sağ olun.
Dərin hörmət və ehtiramla, 06 avqust 2012, 17:00
İlham Əliyev Londonda bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşmüşdür
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.