|
07 avqust 2012, 12:00
Məhərrəm Əliyev, Cahangir Muradov və başqalarından, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident! 2012-ci il iyulun 31-də rayonumuza növbəti tarixi səfəriniz və bu səfər zamanı Zati-alinizin diqqət və qayğısı sayəsində Cəlilabadda həyata keçirilən abadlıq-quruculuq işləri ilə yaxından tanış olmağınız, bir sıra həyati əhəmiyyətli obyektlərin açılışında iştirak etməyiniz, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərdə sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirməyiniz, verdiyiniz dəyərli tövsiyələr biz cəlilabadlıları hədsiz dərəcədə sevindirmiş və yeni-yeni nailiyyətlərə ruhlandırmışdır. Fürsətdən istifadə edərək Cəlilabada növbəti gəlişinizə, rayonumuzun tərəqqisinə, sosial-iqtisadi inkişafına, gündən-günə çiçəklənməsinə göstərdiyiniz qayğıya, ulu öndər Heydər Əliyev siyasətinə həmişə sadiq olan cəlilabadlıların əməyinə verdiyiniz yüksək qiymətə, bizim ünvanımıza söylədiyiniz xoş sözlərə görə rayon ictimaiyyətinin hədsiz minnətdarlıq hisslərini, ən xoş arzu və istəklərini Sizə çatdırmağı özümüzə şərəf bilirik. Çox hörmətli cənab Prezident! Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı kimi Siz Cəlilabadın tərəqqisinə, davamlı, dinamik sosial-iqtisadi inkişafına, əhalinin maddi-rifah halının yüksəldilməsinə həmişə diqqət və qayğı göstərirsiniz. Bu qayğının bariz nümunəsi Sizin xeyir-duanızla həyata vəsiqə alan yeni-yeni möhtəşəm obyektlərin fəaliyyətə başlamasıdır. İstifadəyə verilən bu obyektlər sırasında 24 min əhalisi olan 14 yaşayış massivini əhatə edən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolu, yerli istehsala artan tələbatın ödənilməsinə töhfə verəcək “Cəlilabad broyler” ASC-nin yeni fabriki, ərzaq təhlükəsizliyinin təminatına yüksək keyfiyyətli taxıl məhsullarının və un məmulatlarının daha uzun müddətə saxlanmasına imkan verən “Avanqard” MMC-nin yeni un fabriki rayonun iqtisadiyyatının davamlı inkişafına, əhalinin daimi iş yeri ilə təmin olunmasına böyük təsir göstərəcəkdir. Zati-aliləri, göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə səmimi minnətdarlığımızı və ən xoş arzularımızı bildirir, ətrafınızda daha sıx birləşdiyimizi, Sizin yeritdiyiniz siyasi xəttə həmişə sadiq olduğumuzu bəyan edirik. Vətənimizin tərəqqisi və daha da çiçəklənməsi naminə çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, uzun ömür, möhkəm cansağlığı arzu edirik.
Allah Sizi qorusun! AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.