|
09 avqust 2012, 15:00
Mehman Məmmədov və başqalarından, Ucar, Azərbaycan
Hörmətli cənab Prezident! Sizi Ucar rayonunun Qazıqumlaq və Məlikballı kənd əhalisinin adından səmimi qəlbdən salamlayır, Sizə ən səmimi arzularımızı yetiririk. Ulu öndərimiz Heydər Əliyev ideyalarını uğurla həyata keçirərək ölkəmizin gündən-günə inkişaf etməsi naminə həyata keçirdiyiniz nəhəng və məqsədyönlü işlər qəlbimizi qürurla doldurur. Respublikamıza rəhbərlik etdiyiniz dövrdə ölkəmizdə görülən işlər əvvəlki bir neçə onilliyə bərabər tutula bilər. Təkcə bizim Qazıqumlaq və Məlikballı kəndlərində son illərdə yeni müasir tipli 3 tam orta məktəb, hər cür diaqnostiq aparatlar və digər avadanlıqlarla təchiz edilmiş 35 çarpayılıq xəstəxana, poçt, məscid, Avropa standartları səviyyəsində park, şadlıq evi ə digər sosial obyektlər tikilib istifadəyə verilmiş, kəndlərimizin küçələrinə asfalt döşənmiş, demək olar ki, şəhərlərdən heç bir fərqi olmayan yeni kənd yaranmışdır. Bütün bunlar Sizin rəhbərliyinizlə respublikamızda yaranmış sağlam və sabit ictimai-siyasi mühitin sayəsində mümkün olmuşdur. Hazırda respublikamızda sürətlə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq kəndimizdə yeni qaz xəttinin çəkilməsi işləri yekunlaşmaqdadır. Kəndimizin ağsaqqqalları, gəncləri, qadınları, bir sözlə, bütün əhalisi bunun üçün Sizə səmimi minnətdarlıqlarını bildirirlər. Möhtərəm cənab Prezident! Sadaladıqlarımız bizim üçün, bütün xalqımız üçün etdiklərinizin kiçik bir hissəsidir. Bizim də borcumuz həyata keçirdiyiniz işlərdə daha da yaxından iştirak etmək, ölkənin layiqli vətəndaşı olmaq və gənc nəsli də bu ruhda tərbiyə etməkdir. Biz həmişə olduğu kimi bu gün də, sabah da Sizinləyik və ideyalarınızın daha sürətlə həyata keçirilməsi üçün var qüvvəmizlə çalışacağımıza söz veririk. Sizə bir daha uzun ömür, cansağlığı, respublikamızın daha da inkişafı naminə apardığınız işlərdə böyük uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Respublikası, Ucar rayonu, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.