|
10 avqust 2012, 16:00
Yalçın Əfəndiyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident! Dünya kinosunun həmyaşıdı olan Azərbaycan milli kinosu tarixin müxtəlif mərhələlərində gah eniş, gah da yüksəliş dövrləri ilə dolu bir zaman yaşayıb. Azərbaycan mədəniyyətinin təmsilçilərindən olan biz kinematoqrafçılar Azərbaycan kinosunun yükünü daima çiyinlərimizdə daşımağa çalışmış, tariximizin salnaməsini lentə köçürməyi, onun ən şərəfli anlarını yaşatmaqla həm də sənətimizi yaşatmağı qarşımıza məqsəd qoymuşuq. Milli kino günü ərəfəsində aldığımız xoş xəbər biz kinematoqrafçıların Sizin və Sizin simanızda Azərbaycan dövlətinin dəstəyindən kənarda qalmadığını bir daha sübut etdi. Sizin 2012-ci il 30 iyul tarixli Sərəncamlarınızla respublika kino xadimlərinin böyük bir qrupu Prezident təqaüdünə, fəxri adlara və “Tərəqqi” medalına layiq görülmüşdür. Prezident təqaüdünə layiq gördüyünüz iki nəfərdən biri mən oldum və bununla mənə böyük sevinc bəxş etdiniz. Hörmətli cənab Prezident! Məhz Azərbaycan kinosuna və kino xadimlərinə verdiyiniz yüksək qiymətə, o cümlədən mənə göstərdiyiniz diqqət və qayğıya görə öz adımdan və doğmalarım adından Sizə sonsuz təşəkkür və ehtiramımı bildirirəm. Azərbaycan mədəniyyətinin daha da yüksəlməsi və inkişafı üçün gördüyünüz misilsiz işlərinizdə Sizə, eləcə də bu işdə Sizə yaxından kömək göstərən hörmətli Mehriban xanım Əliyevaya böyük uğurlar arzulayıram. Tanrı daim Sizinlə olsun!
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.