Gerb

09 avqust 2010, 18:52

«Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 410; 2008-ci il, № 3, maddə 168) 2-ci bəndinin ikinci abzasında «10-cu maddəsinin ikinci hissəsində» sözləri «10-cu və 12-ci maddələrinin ikinci hissələrində» sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 11, maddə 795; 2004-cü il, № 1, maddə 19; 2007-ci il, № 8, maddə 765; 2008-ci il, № 3, maddə 168, № 8, maddə 722) ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 15-ci bəndinin birinci abzasından «16 yaşına çatmış» sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin təsviri, spesifikasiyası və nümunələri təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

4.1. bu Fərmanın 3-cü bəndində göstərilən sənədlərin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanması üçün müvafiq tədbirlər görsün;

4.2. bu Fərmanın 3-cü bəndində göstərilən sənədlərin blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmanın 3-cü bəndində göstərilən sənədlərin verilməsi üçün alınan dövlət rüsumunun məbləğlərinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 09 avqust 2010-cu il