|
28 avqust 2012, 19:00
Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur
Prezident İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında lizinq fəaliyyətinin genişləndirilməsi, əlverişli hüquqi-iqtisadi şəraitin yaradılması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun iqtisadiyyat naziri Nikolay Snopkov imzaladılar. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığa dair Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Belarus Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Belarusun ədliyyə naziri Oleq Slijevski imzaladılar. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Belarus Respublikası Səhiyyə Nazirliyi arasında dərman vasitələrinin keyfiyyətinə nəzarət və qeydiyyatdan keçirilməsi sahəsində əməkdaşlıq haqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Belarusun səhiyyə naziri Vasili Jarko imzaladılar. “Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Brest Şəhər İcra Komitəsi (Belarus Respublikası) arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş”i Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Brest Şəhər İcra Komitəsinin sədri Aleksandr Palışenkov imzaladılar. ![]() 28 avqust 2012, 23:10
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.