|
28 avqust 2012, 23:30
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir. Mərasimdə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ali mükafatı - “Xalqlar dostluğu” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişdir. Belarus Prezidenti Aleksandr LUKAŞENKO mərasimdə çıxış edərək Azərbaycan dövlətinin başçısını ölkəsində bir daha görməkdən şad olduğunu dedi. Bildirdi ki, yüksək səviyyədə həyata keçirilən müntəzəm görüşlər xoş ənənəyə çevrilib və xalqlarımız arasında qardaşlıq tellərinə əsaslanan Belarus-Azərbaycan tərəfdaşlığı dövlət başçılarının dostluq münasibətləri ilə daha da möhkəmlənir. “Bu gün Azərbaycan ilə Belarus arasında münasibətlər sabit və faydalıdır, yüksək səviyyədə dostluğa və etimada əsaslanır”, - deyən Aleksandr Lukaşenko bildirdi ki, ölkələrimiz strateji tərəfdaşlara çevrilib və burada Azərbaycan Prezidentinin mühüm rolu vardır. Belarus Prezidenti Azərbaycanın onun ölkəsinə verdiyi dəstəyi yüksək qiymətləndirərək Prezident İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olduğunu vurğuladı. “Fikrimcə, İlham Heydər oğlu Azərbaycanın şəksiz lideri və vətənpərvəridir”, - deyən Prezident Aleksandr Lukaşenko dövlətlərimiz arasında dostluq münasibətlərinin və strateji əməkdaşlığın qurulması və inkişafındakı mühüm şəxsi töhfələrinə görə Azərbaycan Prezidentinin Belarusun ali mükafatı - “Xalqlar dostluğu” ordeni ilə təltif olunduğunu dedi və ordeni Prezident İlham Əliyevə təqdim etdi. Yüksək mükafata və onun haqqında söylədiyi xoş sözlərə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham ƏLİYEV bu ali mükafatı onun əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Belarus münasibətləri möhkəm zəminə, qarşılıqlı rəğbət və xalqlarımız arasında çoxəsrlik əməkdaşlığa əsaslanır. Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına namizədliyinin səsverməyə çıxarıldığı dövrdə Belarusun verdiyi dəstəyə və göstərdiyi fəallığa görə minnətdarlığını bildirdi. “Bu gün Belarus ilə Azərbaycan arasında dostluğa, strateji tərəfdaşlıq, qarşılıqlı dəstəyə, səmimiyyət və rəğbətə əsaslanan müasir münasibətlər qururuq”, - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında əmtəə dövriyyəsinin artdığını, sənayedə, energetikada, humanitar əməkdaşlıqda yeni təşəbbüslərin olduğunu dedi və bir daha yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. ![]() 28 avqust 2012, 23:10
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.