|
31 avqust 2012, 17:25
İsmayıl Hacızadədən, Ağdaş, Azərbaycan
Hörmətli cənab Prezident! Mən Ağdaş şəhər sakini, Hacızadə İsmayıl Elburus oğlu 1991-ci ildə Ağdaş rayonunda anadan olmuşam. Həyat bizi nə qədər Qarabağ dərdi ilə yaşamağa məcbur etsə də, bu gün Sizin tərəfinizdən imzalanan Sərəncamla həyatda başı dik, mərd şəkildə durmağa və ona qürurla baxmağa başladım. Mən və tələbə dostlarım Türkiyədə Qarabağ və Milli Qəhrəmanlarımız, o cümlədən, haqsızlığa məruz qalan Ramil Səfərov haqqında çox iclaslarda danışmışıq. Yaxın günlərdə yenidən son sinif üçün Konya şəhərinə qayıdacağam və orada Sizin bu uğurlu siyasətiniz nəticəsində azad olan Ramil Səfərovdan qürurla danışaraq, buna səbəb olduğunuz üçün Sizinlə bir daha fəxr edəcəyəm. Bu gün mənə, Azərbaycan xalqına verdiyiniz sevincin həddi-hüdudu yoxdur. Sizin kimi liderimiz olduğu üçün hər zaman fəxr hissi duymuşuq. Çünki Siz bizə hər zaman ümummilli liderimiz Heydər Əliyevi xatırladırsınız. Atanız kimi Siz də doğru yoldasınız. Azərbaycan türkü qanı daşıyan hər bir Azərbaycan oğlu dünyaya igid olaraq göz açır. Siz bu gün igid Azərbaycan oğullarından olan Ramil Səfərovu azad etməklə Azərbaycan xalqına ən gözəl hədiyyəni bəxş etdiniz. Bizə verdiyiniz bu gözəl və çox dəyərli hədiyyə üçün Ağdaş sakinləri və öz adımdan Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Sizə sonsuz hörmətlə, Hacızadə İsmayıl Elburus oğlu. Azərbaycan Respublikası, Ağdaş rayonu AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.