|
01 sentyabr 2012, 10:30
Xanlar Sətullayevdən, Sumqayıt, Azərbaycan
Cənab Ali Baş Komandan,əziz və hörmətli Prezident! Siz bu gün bütün Azərbaycanı xoşbəxt etdiniz. Ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyevin xalqımızın taleyini Sizə etibar etməklə yanılmadığını bir daha qəti olaraq sübut etdiniz. Siz Mübariz İbrahimova Milli Qəhrəman adı verməklə, Mübariz İbrahimovun və Fərid Əhmədovun cənazəsini Bakıya gətizdirib təntənəli şəkildə dəfn edilməsini təşkil etməklə xalqı necə sevindirmişdinizsə, Ramil Səfərovu əfv etməklə bu sevinci bizə təkrar yaşatdınız. Bu ölkədə ən böyük qəhrəman Sizsiniz. Mən fəxr edirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam və Sizin kimi mərd, cəsarətli, heç kimdən, hətta beynəlxalq təzyiqlərdən çəkinməyən Prezidentim var. Sizin daxili və xarici siyasətinizi tam dəstəkləyirəm və hər zaman Heydər Əliyev ideyalarının, Sizin yürütdüyünüz siyasətin təbliğatçısı kimi əlimdən gələni edəcəyəm. Allah Sizi və ailənizi qorusun, Sizi bizə - Azərbaycan xalqına çox görməsin. Hörmətlə Sətullayev Xanlar Əliheydər oğlu (Xanlar Xocalı), “Yenilik.az” İnternet qəzetinin baş redaktoru.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.