|
04 sentyabr 2012, 17:30
Mustafa Şabanov və başqalarından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! İcazə verin, Macarıstanda həbs edilmiş Azərbaycan Respublikasının zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması ilə eyni vaxtda onun həbs cəzasından azad edilməsi barədə imzaladığınız Sərəncama görə Sizə dərin təşəkkürümüzü bildirək. Sizin Vətənini və vətəndaşlarını sevən, onlara hər zaman diqqət və qayğı ilə yanaşan dövlət başçısı kimi belə cəld reaksiyanız bizi həm sevindirir, həm də qəlbimizi iftixar hissi ilə doldurur. Biz sevinirik ki, Prezidentimiz ürəyimizdən keçənləri, arzularımızı, istəklərimizi hiss edir, hər zaman biz vətəndaşlara sevinc nəsib edir. İnanırıq ki, bu, torpaqlarımızı işğal edən erməni təcavüzkarlarına layiqli bir dərs olacaqdır. Uzaqgörən siyasi xəttinizi dəstəkləyərək vurğulamaq istərdik ki, biz hər zaman Sizinləyik və əminik ki, torpaqlarımız da uğurlu qələbə, Sizin siyasi iradəniz və bacarığınız sayəsində azad ediləcəkdir. Bir daha Sizə təşəkkür edir və bildiririk ki, Azərbaycan xalqı Sizi daim dəstəkləyir, hər zaman Sizin siyasi xəttiniz altında həmrəylik nümayiş etdirir.
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:40
İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.