|
04 sentyabr 2012, 18:10
Tehran Rəhimovdan, London, Böyük Britaniya
Möhtərəm Prezident! Bu məktubu yazmaqda əsas məqsədim Sizə öz dərin minnətdarlığımı bildirməkdir. Bu gün Ramil Səfərovun Vətənimizə gətirilməsi və azad olunması hər bir Azərbaycanlı üçün bayram idi. Biz hər zaman Sizə və dövlətimizə inanırdıq. Allah Sizdən razı olsun. Sevincimin həddi-hududu yoxdur. Bu məsələ bəzilərinə kiçik görünə bilər, amma əslində bu Azərbaycanın qələbəsidir. Sizinlə fəxr edirik. Azərbaycanın xarici siyasəti aysberqə oxşayır. Yəni görünən tərəfi az ola bilər, amma əsas tərəfi arxasındadır. Neçə illərdir səbrlə və inamla aparılan bu siyasət nəhayət ki, öz bəhrəsini verdi və Ramil azadlığa çıxdı. Bu gün xəbər portalında oxuduğum “Hədəfimiz Qarabağdır!” şüarınız məni ağlatdı və sanki Qarabağı bir anlıq mənə qaytardı. Bunun tezliklə bizim xeyrimizə həll olunacağına inanıram. İdmana göstərdiyiniz qayğı Azərbaycan bayrağını yüksəklərə qaldırdı. Ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamına əsaslanaraq deyə bilərəm ki, bu gün Azərbaycan xalqı yalnız azərbaycanlı olduğuna görə deyil, Sizin kimi Prezidenti olduğuna görə fəxr edir. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm, Allah Sizi, ailənizi və Vətənimizi qorusun! Qələbələrimiz hələ qabaqdadır. Gün o gün olsun ki, xalqımız daha gözəl qələbələrə sevinsin, üçrəngli bayrağımız Qarabağda dalğalansın!
Hörmətlə,
Böyük Britaniya, London şəhəri, AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:40
İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.