|
05 sentyabr 2012, 21:05
Müslüm Qənbərov və başqalarından, Astara, Azərbaycan
Möhtərəm cənab Prezident! Sizin müdrik, çox düzgün, hər birimizin qəlbini riqqətə gətirən fəaliyyətiniz, xüsusilə apardığınız daxili və xarici siyasət qarşısında baş əyirik. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Sahib oğlu Səfərovun Vətənə gətirilməsi və müvafiq Sərəncamınızla əfv olunması, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan kimi hər bir Azərbaycan vətəndaşının, əsgər və zabitinin arxasında durmağınızdan bütün xalqımız kimi ailəmiz də böyük qürur hissi keçirir. Sizin bu müdrik, humanist addımınızı alqışlayır, Sizə səmimi hörmət və ehtiramımızı bildiririk. Möhtərəm cənab Prezident, hamımız çox yaxşı dərk edirik ki, bu addımınız işğal altında olan torpaqlarımızın azad olunması üçün göstərilən ardıcıl, ciddi səylərdən biridir. Dövlət başçısı kimi Sizin müdrik siyasi iradəniz, beynəlxalq aləmdə şəxsi nüfuzunuz düşmənlərimizə bir daha sübut etdi ki, onlar Azərbaycanın yenilməz sərkərdəsi qarşısında acizdir, məğlubdur. Əziz Prezident, bu fəaliyyətinizdə işğal olunmuş torpaqlarımızın, Qarabağın azad edilməsi uğrunda mübarizədə fədakarlığınızın bariz nümunəsi açıq-aşkar görünür. Son dərəcə təmkinli, səbrli, taktiki gedişlə düşmənlərimizə, bədxahlara endirdiyiniz sarsıdıcı zərbə, vaxtında verilən layiqli cavab hamımızı cəsarətə, vətənpərvərliyə, dövlətinə, xalqına, torpağına, el-obasına sədaqətli olmağa, bir sözlə həmrəy olmağa çağırır. Sizi bir daha əmin edirik ki, belə çağırışa həmişə hazırıq, bu haqlı mübarizədə daim Sizinləyik.
Hörmətlə, 05 sentyabr 2012, 16:35
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
more...
05 sentyabr 2012, 16:30
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına əlavə edilmiş “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
more...
AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:40
İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.