Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı

05 sentyabr 2012, 20:50

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur.
Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqi üçün, əsasən, aşağıdakı tədbirlər görülmüşdür:

İnformasiya azadlığının təmin edilməsi sahəsində

2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun icrasına nəzarət Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) həvalə edilmişdir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində informasiya əldə edilməsinin asanlaşdırılması üçün praktiki işlər görülmüşdür. Dövlət orqanları tərəfindən informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi ilə bağlı tədbirlər müəyyən edilmişdir.

Elektron xidmətlərin təşkili sahəsində

2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilmişdir. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır.

“Bir pəncərə” prinsipinin tətbiqi sahəsində

2008-ci ildən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı “bir pəncərə” prinsipinə uyğun həyata keçirilir. Bunun nəticəsində kommersiya hüquqi şəxslərin qeydiyyat (biznesə başlama) prosedurlarının sayı 13-dən 3-dək, müddəti isə 53 gündən 3 günədək, təqdim edilməli olan sənədlərin sayı 5 dəfədən çox azaldılmışdır. Biznesə başlama sahəsində islahatlara görə Azərbaycan Respublikası Dünya Bankının “Doing Business-2009” hesabatında ən islahatçı dövlət kimi göstərilmişdir. 2011-ci il iyunun 1-dən etibarən fiziki şəxslərin, 2012-ci ilin fevral ayından etibarən hüquqi şəxslərin elektron qaydada qeydiyyatına başlanılmışdır. Həmçinin 2008-ci ildən dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında, 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında, 2011-ci ildən idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində “bir pəncərə” prinsipi tətbiq edilir.
Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir və bu qurumun nəzdində “ASAN” xidmət mərkəzləri fəaliyyət göstərəcəkdir.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi sahəsində

Azərbaycan Respublikası 2003-cü ildən “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü”nə (MHŞT) qoşulmuş və təşəbbüsün icrası üzrə xüsusi hökumət komissiyası yaradılmışdır. Təşəbbüsün tətbiqi mexanizmi hökumət komissiyası, mədən hasilatı ilə məşğul olan yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə qeyri-hökumət təşkilatlarının Koalisiyası tərəfindən müəyyənləşdirilmiş və 2004-cü ildə Təşəbbüsün həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. 2007-ci ildə Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə namizəd statusunu almış, 2009-cu ildə həmin qurumun tamhüquqlu üzvü statusunu alan ilk ölkə olmuşdur. Təşəbbüsün icrası üzrə əldə etdiyi nailiyyətlərə görə 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu “Dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə BMT-nin “Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. 2009-cu ildə “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü mükafatı” Azərbaycana təqdim edilmişdir.

Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və ictimaiyyətin
iştirakının təmin edilməsi sahəsində

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yanında fəaliyyət göstərən işçi qruplarda qeyri-hökumət təşkilatlarının üzvlüyü təmin edilmişdir. 2005-ci ildə Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının Məlumat və İnformasiya Şəbəkəsi təsis edilmişdir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Şəbəkəyə üzv olmuşdur. Şəbəkə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə əlaqədar bütün qanunvericilik layihələri üzrə ictimai dinləmələr keçirmişdir. 2004-cü ildən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün icrası məqsədi ilə Qeyri-Hökumət Təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yaradılmışdır.

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində aşağıdakı tədbirlərin görülməsi təmin ediləcəkdir:

1. İnformasiya əldə edilməsinin asanlaşdırılması

Görüləcək işlər və nəticə indikatorları

1.1 Dövlət qurumlarında informasiya azadlığı üzrə məsul şəxslərin müəyyən edilməsi, informasiya azadlığı ilə bağlı daxili icraat qaydalarının qəbul edilməsi və bu barədə ictimaiyyətin məlumatlandırılması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2014-cü illər

1.2 İnformasiya azadlığının təmin edilməsi məqsədi ilə məsul dövlət qulluqçuları üçün ətraflı treninqlərin keçirilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2014-cü illər

1.3 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının strukturunun təkmilləşdirilməsi, aidiyyəti əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi
İcra: İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) – 2013-2014-cü illər

2. Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi
Görüləcək işlər və nəticə indikatorları

2.1 Dövlət orqanlarının öz fəaliyyəti barədə məlumatları mütəmadi, yenilənmiş əsaslarla internet səhifələrində yerləşdirməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

2.2 Dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2015-ci illər

2.3 Dövlət orqanlarının öz fəaliyyəti barədə mətbuat konfransları və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlər keçirməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2015-ci illər

2.4 Dövlət orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılan sadə dildə yazılmış versiyasının, bələdçi qaydaların tərtib edilməsi və bu məlumatların vətəndaşlar arasında təşviq edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

2.5 Dövlət proqramlarının əhatə etdiyi sahələr üzrə internet portallarının yaradılması
İcra: mərkəzi icra hakimiyyəti orqanları – 2012-2014-cü illər

2.6 Dövlət orqanlarının internet səhifələrinin müasir standartlara uyğun olaraq vahid nümunəvi formasının və minimum şərtlərinin müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-cü il

2.7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısındakı illik hesabatlarında açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verməsi
İcra: Nazirlər Kabineti -2012-2015-ci illər

3. Normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:
3.1 Rəsmi hüquqi istinad mənbəyi olan Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının mütəmadi yenilənməsi və elektron bazanın daim işlək vəziyyətdə saxlanılması
İcra: Ədliyyə Nazirliyi – mütəmadi

4. Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi
Görüləcək işlər və nəticə indikatorları:
4.1 Dövlət orqanları tərəfindən ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları – mütəmadi

4.2 Əhaliyə xidmət göstərən dövlət orqanları tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təkmilləşdirilməsi üçün müvafiq şuraların və ya əməkdaşlıq şəbəkələrinin yaradılması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2013-cü illər

4.3 İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını genişləndirmək vasitəsi kimi internet səhifələrindən istifadə edilməsi (vətəndaşların təklif və rəylərinin qəbul edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin yaradılması və s.)
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi
4.4 Dövlət orqanları tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

5. Elektron xidmətlərin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:
5.1 Elektron xidmətlər göstərilməsi üzrə qiymətləndirmənin həyata keçirilməsi və ictimaiyyətə açıqlanması
İcra: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – mütəmadi
5.2 Dövlət orqanlarının öz səlahiyyətlərinə uyğun olaraq həyata keçirdikləri elektron xidmətlər barədə ildə bir dəfədən az olmayaraq ictimai təqdimatlar keçirməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları – 2013-2015-ci illər

5.3 Dövlət orqanları arasında elektron informasiya dövriyyəsinin təmin edilməsi məqsədi ilə vahid sistemin yaradılması
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti – 2013-2014-cü illər

5.4 Rüsumların, vergilərin, inzibati cərimələrin, kommunal xərclərin və digər inzibati ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – 2013-2014-cü illər

5.5 Regionlarda əhalinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması üzrə tədbirlərin həyata keçirilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – 2013-2014-cü illər

6. Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:
6.1 Dövlət maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi və maliyyə nəzarəti üzrə daha təkmil hüquqi baza təmin etmək üçün maliyyə nəzarəti haqqında qanun layihəsinin hazırlanması
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi - 2013-2014-cü illər
6.2 Maliyyə nəzarəti orqanlarının hesabatlılığının artırılması və həmin orqanlar tərəfindən maliyyə nəzarətinin nəticələri barədə təhlillərin və statistik məlumatların ictimaiyyətə təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi - 2013-2015-ci illər

6.3 Maliyyə nəzarətində informasiya texnologiyalarının tətbiqi və elektron nəzarət (“e-nəzarət”) sisteminin yaradılması
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi - 2013-2014-cü illər
6.4 Maliyyə nəzarəti orqanlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi, onlar arasında vahid elektron informasiya bazasının yaradılması, informasiya mübadiləsinin təşkili
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi - 2013-2014-cü illər
6.5 Dövlət müəssisələrinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tərtib edilmiş maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi
İcra: Nazirlər Kabineti, Hesablama Palatası, Maliyyə Nazirliyi - 2013-2014-cü illər

6.6 Yerli büdcənin tərtibinə və icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmlərinə və prosedurlarına dair təkliflər hazırlanması
İcra: Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası – 2013-cü il

6.7 Dövlət büdcəsinin icrası barədə hesabat və müvafiq qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilənədək dərc edilməsi
İcra: Nazirlər Kabineti, Maliyyə Nazirliyi – 2013-2015-ci illər

7. Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:
7.1 Vergi ödəyicilərinin zəruri məlumatla təmin edilməsi və vergi ödəyiciləri ilə təbliğat işinin təkmilləşdirilməsi
İcra: Vergilər Nazirliyi - 2012-2014-cü illər

7.2 Vergi orqanlarının fəaliyyətinin Beynəlxalq Valyuta Fondunun Vergi şəffaflığı üzrə yaxşı praktika haqqında kodeksinə uyğunlaşdırılması sahəsində tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi - 2012-2013-cü illər

7.3 Vergilərin və digər icbari ödənişlərin elektron qaydada ödənilməsinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi - 2012-2013-cü illər

8. Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:
8.1 Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda davamlı tətbiqi və inkişafı üçün Azərbaycan Respublikası hökumətinin ölkədə mineral ehtiyatların hasilatı ilə məşğul olan yerli və xarici şirkətlər, habelə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının davam etdirilməsi
İcra: Dövlət Neft Fondu – 2012-2015-ci illər

8.2 Azərbaycan Respublikası hökumətinin mədən sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatların ictimaiyyətə mütəmadi açıqlanmasının davam etdirilməsi
İcra: Dövlət Neft Fondu – 2012-2015-ci illər

8.3 Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi üzrə illik hesabatların açıqlanması
İcra: Dövlət Neft Fondu – 2012-2015-ci illər

9. Açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi

Görüləcək işlər və nəticə indikatorları:
9.1 Fəaliyyət Planının icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin hər il üzrə dəyərləndirilməsi və ictimaiyyətə açıqlanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2012-2015-ci illər

9.2 Açıq hökumət təşəbbüsü üzrə maarifləndirici materialların nəşri və əhali arasında paylanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi

9.3 “Açıq Hökumət Tərəfdaşlığı” çərçivəsində öhdəliklərin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi
İcra: Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2012-2015-ci illər

9.4 Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi
İcra: Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2012-2015-ci illər

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51