|
06 sentyabr 2012, 10:20
K.Gülüşovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin Macarıstanda həbsdə olan zabitimiz Ramil Səfərov barədə imzaladığınız Sərəncam, digər soydaşlarımızla bağlı verdiyiniz qərarlar və atdığınız addımlar Saatlı rayon mədəniyyət işçilərinin hədsiz sevincinə səbəb olmuşdur. Azərbaycan millətini, bayrağını və şəhidlərini təhqir edən erməni dığasını öldürən Ramil Səfərovun ömürlük həbs cəzasına məhkum edilməsi hər bir vətənpərvər Azərbaycan vətəndaşının qəlbini ağrıdırdı. Hamı Ramil Səfərovun azadlığa buraxılması üçün yalnız ulu Tanrıdan və Sizdən -hörmətli Prezidentimizdən kömək gözləyirdi. Bu Sərəncam ilə Siz bir daha özünüzün nə qədər humanist, genişqəlbli şəxsiyyət, alicənab və xeyirxah insan olduğunuzu sübut etdiniz. Azərbaycan xalqının rifahı və xoşbəxtliyi naminə Sizə cansağlığı, xoşbəxtlik arzu edirik. Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan Respublikasının çiçəklənməsi naminə başladığı və Sizin tərəfinizdən uğurla davam etdirilən işlərdə Sizə müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:40
İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.