|
06 sentyabr 2012, 13:10
Tərlan Hacızadə və başqalarından, Sumqayıt, Azərbaycan
Möhtərəm Prezident! Uzun illərdir ki, xalqımızı narahat edən çox həssas, həm də milli maraqlara köklənmiş bir məsələ yüksək dərəcədə müsbət sonluqla həll edildi. İstənilən mürəkkəb məsələnin, o cümlədən Macarıstanda ömürlük həbsə məhkum edilmiş zabitimiz Ramil Səfərovun ekstradisiyası və əfv olunması kimi problemin həllində Azərbaycan dövlətinin və onun Prezidentinin gücü və şəxsi nüfuzu mühüm rol oynadı. Bu hadisə Sizin mətinliyinizin, möhkəm iradənizin və yüksək vətənpərvərliyinizin bariz nümunəsidir. Cənab Prezident, sizinlə fəxr edirik, qürur duyuruq. Həm də, indi azərbaycanlı olmağımızla həmişəkindən daha artıq fəxr edirik. Siz Prezident kimi and içərkən hər bir azərbaycanlının Prezidenti olacağınızı söyləmişdiniz. Biz bu sözün reallığını hər an əməli fəaliyyətinizdə görürük. Ürəyinizin hər zaman xalqımızın nəbzi ilə bahəm döyündüyünü də bilirik. Milli Qəhrəmanımız Mübariz İbrahimovun cəsədini düşməndən geri almaq yolundakı dəyanətiniz xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Siz hər bir qeyrətli Azərbaycan oğlunun arxası, dayağı, güvənc yerisiniz. Hər bir Azərbaycan əsgəri Ali Baş Komandan kimi Sizin qəhrəman əsgərlərə və zabitlərə olan sonsuz məhəbbətinizi, milli təəssübkeşliyinizi və əsl Azərbaycan kişisinə xas olan mənəvi dəyərlərinizi görür. Bu, müharibə vəziyyətində olan dövlətimizin qələbə rəhni deməkdir. Məhz məqamında düşmən üzərindəki bu siyasi, diplomatik və psixoloji qələbə bizə gələcək böyük Qələbənin müjdəsini verir! Cənab Prezident, qürbət ölkədə Azərbaycanın dövlət atributunun toxunulmazlığının müdafiəsini təmin etmiş Ramil Səfərovun nəinki təkcə ekstradisiyası, eləcə də onun əfv olunması ilə bağlı olan bütün riskləri əvvəlcədən görərəkdən və bilərəkdən atdığınız bu cəsarətli addımda xalq Sizinlədir. “Xalq Heydər, Heydər xalq” deyən xalqımız bu gün bu sözləri dərin riqqət və qürurla həm də Sizin üçün deyir. Əlbəttə, bütün bunlar Ermənistanda isterik vəziyyət yaradıb. Çünki Prezidentimizin və xalqımızın bu vəhdəti düşmənə əsl göz dağıdır. Cənab Prezident, ən böyük Vətən sevginiz, ən böyük vətənpərvərliyiniz qarşısında baş əyir, Sizə sonsuz məhəbbətlə minnətdarlığımızı bildiririk! Sumqayıt şəhər ziyalıları adından hörmətlə,
Tərlan Hacızadə - Qarabağ müharibəsi veteranı Azərbaycan Respublikası, Sumqayıt şəhəri. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:40
İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.