07 sentyabr 2012, 16:45

Fəxrəddin Namazovdan, Gəncə, Azərbaycan

Çox hörmətli Prezident!

Sizin uzaqgörən uğurlu siyasətiniz nəticəsində Azərbaycanın igid oğlu Ramil Səfərovun 2012-ci il avqustun 31-də Vətənimizə gətirilməsi və elə həmin gün əfv Sərəncamı ilə azadlığa buraxılması məndə böyük sevinc hissi yaratdı. Bu xoş hissləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz çox möhtəşəm bir uğura imza atmısınız. Biz hələ çox uğurlara imza atacağınıza əminik. Əminik ki, Sizin uğurlu siyasətiniz düşmən tapdağındakı torpaqlarmızı azad edəcək, məcburi köçkünlərimizin yurd həsrətinə, torpaq niskilinə son qoyulacaqdır. Həmin gün uzaqda deyildir.

Hörmətlə,

Fəxrəddin Namazov,
Kardioloji xəstəxananın baş həkimi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.