Gerb

13 avqust 2010, 19:10

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Qax şəhər inzibati ərazi dairəsi tərkibindəki Qax şəhəri ilə həmsərhəd olan Əmircan kənd inzibati ərazi dairəsi tərkibindəki Əmircan kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 172,71 ha, Qum kənd inzibati ərazi dairəsi tərkibindəki Qum kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 39,7 ha, Qax İngiloy kənd inzibati ərazi dairəsi tərkibindəki Qax İngiloy kəndinin ərazisindən 253,4 ha (bunlardan – dövlət mülkiyyətində olan 21,1 ha və xüsusi mülkiyyətdə olan 232,3 ha) və Qaxbaş kəndinin ərazisindən xüsusi mülkiyyətdə olan 31,07 ha torpaq sahələri bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Qax şəhərinin inzibati ərazisinə verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il.