|
07 sentyabr 2012, 15:10
İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərinin əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivlərini müzakirə etmək baxımından səmərəli olacağını bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. NATO iqamətgahına sonuncu səfərini və diplomatik korpusun nümayəndələri ilə keçirdiyi görüşləri və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorka səfərini, eləcə də NATO-nun Çikaqo sammitində iştirakını məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın inkişafına dair aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi. Ölkəmizin NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında iştirakının, tranzit ölkə kimi Əfqanıstana yüklərin daşımasındakı rolunun və “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində uğurlu əməkdaşlığının önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığa bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. NATO-nun baş katibi Anders Foq Rasmussen ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması və Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi. Azərbaycanda gedən yüksək inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyən baş katib ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan məmnunluğunu ifadə etdi. Anders Foq Rasmussen Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirdi. Görüşdə Azərbaycan-NATO əlaqələrinin gələcək inkişafı, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. ![]() 07 sentyabr 2012, 15:20
İlham Əliyev və NATO-nun baş katibi Anders Foq Rasmussen birgə mətbuat konfransı keçirmişlər
more...
AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.