|
08 sentyabr 2012, 09:00
Elməddin Şahbəndəyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin avqustun 31-də imzaladığınız Sərəncam məni o qədər sevindirib ki, Sizə necə təşəkkür edəcəyimi bilmirəm! Həqiqətən də bu addımınız təkcə Vətənin mərd oğlu Ramil Səfərovun deyil, onun kimi neçə-neçə vətəndaşımızın niskilini aradan qaldırdı. Sadə bir vətəndaş kimi, Sizə dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Allah bizə Qarabağı da düşmən tapdağından qurtardığınız günü göstərsin, İnşallah! Sizin xalqımız və millətimiz üçün atdığınız bütün addımları bəyənirəm və dəstəkləyirəm! Bu gün təkcə bir nəfərin azadlıq və zəfər günü deyil, bunun çox böyük mənası var. Bu gün hamımızın qəlbində bir sevinc, bir şadlıq var! Əminəm ki, apardığınız məqsədyönlü siyasət nəticəsində tezliklə Qarabağımız da işğaldan azad olunacaqdır. Bu işdə Sizə uğurlar arzu edirəm. Bir daha Sizə dərin-dərin təşəkkürlər. Hörmətlə,
Şahbəndəyev Elməddin Hüseyn oğlu, Azərbaycan Respublikası, Bakı şəhəri. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.