|
08 sentyabr 2012, 10:30
Seyidfətdah Səmədovdan, Laçın (Ağcabədi), Azərbaycan
Çox hörmətli Prezident! Hər bir azərbaycanlı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Siz Azərbaycanın cəsur oğlu Ramil Səfərovun azadlığa çıxarılmasında böyük fədakarlıq göstərdiniz. Siz bu şücaətinizlə Azərbaycan xalqının və dövlətinin qüdrətini bir daha dünyaya bəyan etdiniz. Bu hünər mənim düşüncəmdə Qarabağın işğaldan azad olunmasına bərabərdir. Bu hünər bizdə bir daha böyük inam yaradır ki, Allahın köməyi və Sizin dərin zəkanızla işğal altındakı torpaqlarımız tezliklə azad olunacaqdır. İndi hər bir azərbaycanlı ailəsində Sizin və Ramilin şərəfinə qurbanlar kəsilir, dualar oxunur. Qədirbilən xalqımız Sizin dərin zəkanıza, müdrikliyinizə gündən-günə daha çox inanır, Sizi həmişə Prezident kimi görür və Allahın köməyi ilə görəcəkdir. Siz ulu öndərimizin siyasi xəttinin layiqli davamçısısınız. Bu siyasət ölkəmizin ərazi bütövlüyünü mütləq təmin edəcəkdir. Qiyabi də olsa Sizi və Ramili bağrıma basıram. Allah Sizi qorusun! Hörmətlə, Səmədov Seyidfətdah Muxtar oğlu,
Laçın rayonundan məcburi köçkün. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.