|
08 sentyabr 2012, 10:45
160 saylı klassik gimnaziyanın kollektivindən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Bakı şəhərinin Səbail rayonundakı 160 nömrəli klassik gimnaziyanın çoxmillətli kollektivi Sizin həqiqətən hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut edən Milli Ordumuzun zabiti Ramil Səfərovun əfv olunması haqqında qərarınızı səmimi qəlbdən dəstəkləyir. Bu faktla bağlı Ermənistan tərəfindən yürüdülən isterik münasibətin mahiyyətini, olmuş həqiqətləri və Ramil Səfərovun hərəkətlərinin motivlərini müstəqil Azərbaycanın bütün resurslarının köməyindən istifadə edərək beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmağınızı Sizdən, cənab Prezident, artıq dərəcədə xahiş edirik. Dini mənsubiyyətinə görə 77 nəfər günahsız gənci qətlə yetirən norveçli terrorçu Anders Breyvik cəmi 21 il azadlıqdan məhrumedilmə cəzası almış və beynəlxalq ictimaiyyət bu hadisəyə heç bir reaksiya göstərməmişdir. Erməni faşistləri tərəfindən doğma torpaqlarından silah gücünə qovulmuş təxminən bir milyon azərbaycanlıdan birinin oğlu olan zabit Ramil Səfərov isə dəfələrlə erməni zabitləri tərəfindən təhqirə məruz qalaraq öz Vətənini, bayrağını müdafiə etdiyi üçün ömürlük həbs cəzasına məhkum edilmişdir.
Biz Ramil Səfərovun səkkiz illik həbsxana həyatından sonra Vətənə ekstradisiya olunması və əfv edilməsi hadisəsi ətrafında dövr edən isteriyanı, həmçinin dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti ikili standart hesab edirik.
Hörmətlə, Azərbaycan Respublikası, Bakı şəhəri. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.