|
08 sentyabr 2012, 14:30
Baxtiyar Hüseynov və Arzu Yaqubovdan, Lənkəran, Azərbaycan
Çox hörmətli cənab Prezident! Sizin müdrik diplomatiyanız sayəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan artıq dünyada söz və nüfuz sahibidir. Bu nüfuz məhz Sizin sayənizdə qazanılmışdır. Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi və Sizin humanist prinsiplərə əsaslanan Sərəncamınızla əfv olunması bütün Azərbaycan xalqının ürəyincədir. Bu, eyni zamanda, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda mübarizədə canlarını fəda etmiş şəhid bacı və qardaşlarımızın ruhuna böyük hörmət və ehtiramıdır. Cənab Prezident, bir daha sübut etdiniz ki, Siz həqiqətən hər bir azərbaycanlının, hər bir əsgərin, hər bir zabitin qayğıları ilə yaşayan və onların arxasında duran qüdrətli dövlət başçısısınız. Belə qeyrətli Vətən övladları haqqında imzaladığınız tarixi sənədlər gənclərimizin vətənpərvərlik duyğularını daha da artırır. Cənab Prezident, biz həmişə Sizinləyik, bütün lənkəranlılar müdrik və uzaqgörən dövlət başçısı kimi Sizin ətrafınızda sıx birləşmişlər.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.