|
08 sentyabr 2012, 14:45
Aydın Səfərovdan, Cəlilabad, Azərbaycan
Möhtərəm Prezident! Biz hələ də Sizin humanist Sərəncamınızın doğurduğu xoş əhval-ruhiyyənin təsiri altındayıq. Bu yüksək əhval-ruhiyyəni bizdə Milli Ordumuzun zabiti Ramil Səfərovun Vətənə gətirilərək Sizin humanist Sərəncamınızla azadlığa buraxılması yaratmışdır. Siz bu hünərvər addımınızla bütün xalqımızı sevindirdiniz. Bilirik ki, ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana gətirilməsi heç də asan məsələ deyildir. Bunu dünyada yüksək nüfuza malik olan bir dövlət başçısı kimi yalnız Siz edə bilərdiniz və etdiniz. Eyni zamanda, Siz vətənpərvər zabitimizi cəzasının çəkilməmiş hissəsindən də azad etdiniz. Belə bir addımı Sizin kimi cəsarətli kişilər ata bilər. Biz fəxr edirik ki, Sizin kimi cəsarətli, qətiyyətli Prezidentimiz vardır. Sizə uğurlar və cansağlığı arzulayıram. Hörmətlə,
Səfərov Aydın Qəfər oğlu AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.