|
08 sentyabr 2012, 15:40
Nizami Məmmədovdan, Ağdaş, Azərbaycan
Çox hörmətli Prezidentimiz! Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətini uca tutduğunuza görə Sizə çox minnətdarıq. Biz Ramilin məsələsində bunun bir daha şahidi olduq. Siz elə bir cəsarətli addım atmısınız ki, bunu heç nə ilə müqayisə etmək olmaz. Siz bizim intizarımıza son qoymusunuz. İndi Ramil öz Vətənində, doğmalarının əhatəsindədir. Biz bir daha əmin olduq ki, Sizin Prezidenti olduğunuz dövlət vətəndaşının haqqını, hüquqlarını qoruyur. Azərbaycan dövləti inkişaf edir, inkişaf olan yerdə isə rifah vardır. Bütün bunlar üçün, cənab Prezident, Sizə minnətdarıq. Sadə kənd adamının bu minnətdarlığını qəbul etməyinizi xahiş edirəm. Dərin hörmətlə, Məmmədov Nizami Allahverdi oğlu. Azərbaycan Respublikası, Ağdaş rayonu, Qolqəti kəndi. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.