|
08 sentyabr 2012, 15:50
Vidadi Hüseynovdan, Bakı, Azərbaycan
Çox hörmətli möhtərəm Prezident! Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilərək Sərəncamınızla əfv edilməsi milyonların sevincinə səbəb oldu. Haqqın, ədalətin bərpası uğrunda apardığınız məqsədyönlü, ardıcıl, prinsipial siyasət sayəsində Azərbaycan zabitinin haqlarının bərpasını təmin etməklə dövlətimizin adını bir daha yüksəklərə qardırdınız. Bu məktubu da Sizə həmin sevinc hissinin təsiri altına yazırıq. Qoy, haqq və ədalət həmişə zəfər çalsın! Düşmənlərimizə göz dağı olan cəsarətli işlərinizdə Sizə dəstək olmaqdan şərəf duyuruq. Bu işdə əməyi olanlara, şəxsən, cənab Prezident, Sizə, ədaləti müdafiə edib düzgün qərar verən Macarıstan dövlətinə, qədirbilən xalqımıza bir daha minnətdarlığımızı bildiririk. Allah-Təala həmişə yaxşı insanları qorusun! Azərbaycanımızı qorusun!
Dünyamızı salamat saxlasın! Azərbaycanı ədalətlə idarə edən cənab Prezidentimizə həmişə kömək olsun! İnşallah!!! Hüseynov Vidadi Bayram oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.