|
08 sentyabr 2012, 15:55
Yaşar Şəmilovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident! İcazə verin, Sizi təbrik edim. Siz bizim humanist, müdrik Prezidentimizsiniz. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə gətirilməsi və əfv olunması Sizin müdrikliyiniz, humanistliyinizin daha bir təsdiqidir. Mən fəxr edirəm ki, xalqımızın Sizin kimi cəsarətli, qətiyyətli Prezidenti vardır. Şəxsən mən başqa bir dövlətdə ömürlük həbs cəzası çəkən bir azərbaycanlının nəinki azadlığa buraxılacağına, onun heç ekstradisiyasına da inanmırdım. Amma Siz müdrik siyasətinizlə sübut etdiniz ki, bu mümkündür. Bu addımınız Sizin xalqımızı daha böyük qələbələrə çatdıracağına inamımızı artırmışdır. Cənab Prezident, xalqımız Sizin arxanızdadır, Sizi dəstəkləyir, Sizi alqışlayır. Siz hər bir işinizdə ölkəmizə, dövlətimizə şərəf gətirirsiniz. Həmişə şərafətli olasınız. Mən Sizinlə fəxr edir, qürur duyuram. Hörmətlə, Yaşar Şəmilov, Şimal Regional Futbol Federasiyasının prezidenti, əməkdar məşqçi. Azərbaycan Respublikası, Sumqayıt şəhəri. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.